Prokurorluq işçiləri Avropa təcrübəsini öyrənəcək

Bakıda Baş Prokurorluğun müvafiq idarələrinin, eləcə də Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, Hərbi Prokurorluq, Bakı şəhər və Naxçıvan Muxtar Respublikası prokurorluqlarının əməkdaşlarının hüquqi statistika sahəsindəki biliklərinin artırılması və avropa təcrübəsinin öyrənilməsi məqsədilə tədbir keçirilir.

Yenicag.az xəbər verir ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində keçirilən tədbirdə Avropa Statistika Bürosunun (Avrostat) hüquqi-statistika üzrə ekspertləri xanım Adriana Tetevenska və xanım Maria Giuseppina Muratore iştirak edir.

COP29