!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Prokurorluq orqanlarında işləmək istəyənlərin nəzərinə

!Reklam – Yazi

Dövlət İmtahan Mərkəzi Baş Prokurorluq ilə birgə Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnaməyə müvafiq olaraq prokurorluq orqanlarında işə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək.

DİM-dən Yenicag.az-a verilən məlumata görə, sənəd qəbulu prokurorluq orqanları tərəfindən aparılıb və işə qəbul olunmaq üçün müsabiqədə iştirak etmək istəyən 413 nəfərin namizədliyi qeydə alınıb. Baş Prokurorluq tərəfindən sənədləri qəbul edilmiş namizədlər imtahanda iştirak etmək üçün 6 oktyabr saat 23:59-dək DİM-in saytında (https://exidmet.dim.gov.az/elimt/ ProkurorluqTest) qeydiyyatdan keçib ödəniş etməlidirlər.

İmtahan kompüter vasitəsilə elektron qaydada DİM-in Bakı ş., Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (8 Noyabr metrostansiyasının yanı) ünvanında yerləşən binasında 2 növbədə keçiriləcək.

İmtahan saat 10:00-da və 15:00-da başlayacaq. Namizədlərə imtahanı hansı vaxtda verməli olduqları haqqında məlumat DİM-in saytında imtahana yazıldıqdan sonra sistem tərəfindən bildiriş formasında avtomatik təqdim olunur.

İmtahanda iştirak edəcək namizədlər buraxılış rejiminin vaxtında həyata keçirilməsi üçün imtahana 1 saat əvvəl gəlməli və şəxsiyyət vəsiqəsinin əslini təqdim etməlidirlər.

Test imtahanı 3 sааt dаvаm еdir. İmtаhаndа nаmizədlərə 100 suаldаn ibаrət suаl kitаbçаsı təqdim оlunаcаq: iхtisаs üzrə 80 tapşırıq hüququn müхtəlif sаhələrini əhаtə еdir və bu sualların hər biri 1 balla qiymətləndirilir. Digər 20 tapşırıq isə nаmizədlərin məntiqi nəticə çıxarmaq qabiliyyətini yохlаmaq üçün nəzərdə tutulub. Məntiqi suаllаrа vеrilən hər düzgün cаvаb 0.5 bаllа qiymətləndirilir. Müsabiqə şərtlərinə uyğun olaraq test imtahanında 70 və dаhа çох bаl tоplаmış namizədlər növbəti mərhələyə burахılacaqlar.

www.yenicag.az

223
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv