Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Prokurorluqda kollegiya iclası keçirildi

656852014-cü ildə prokurorluq orqanlarının 46 əməkdaşı inzibati məsuliyyətə cəlb edilib.

Yenicag.az anspress-ə istinadən bildirir ki, 2014-cü ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclasında bildirilib ki, 2014-cü hesabat ilində xidməti, icra və əmək intizamının pozuntusu hallarına qarşı, işində və xidmətdən kənar fəaliyyətində qanunsuzluqlara münasibətdə prinsipial mübarizə xətti davam etdirilib, müxtəlif pozuntulara yol verdiklərinə görə 46 əməkdaşın intizam məsuliyyətinə cəlb olunub.

O cümlədən 5 əməkdaşın tutduğu vəzifədən azad edildiyi, prokurorluqda xidmətlə bir araya sığmayan kobud qanunsuzluqlara yol verdiklərinə görə 2 əməkdaşın prokurorluq orqanlarından xaric edildiyi diqqətə çatdırılmış, nizam-intizamın daha da möhkəmləndirilməsi üçün zəruri tədbirlərin görülməsi Baş Prokurorluğun bütün strukturlarından və tabe prokurorlardan tələb edilmişdir.

www.yenicag.az

87