!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Prokurorluqdan sabiq müstəntiqin rüşvət alması iddiaları ilə bağlı AÇIQLAMA

!Reklam – Yazi

“Bəzi kütləvi informasiya vasitələrində vətəndaş Kamal Kamilovun Binəqədi Rayon Polis İdarəsinin sabiq müstəntiqi Tural Aslanova rüşvət verməsi barədə müraciətinin prokurorluq orqanları tərəfindən araşdırılmaması barədə məlumatlar yayılıb”.

Bunu Yenicag.az-a Baş Prokurorluğun Mətbuat xidməti bildirib.

“Bu məlumat təkzib olunmaqla bildirilir ki, Kamal Kamilovun qeyd edilən müraciəti üzrə Bakı şəhəri, Binəqədi Rayon Prokurorluğu tərəfindən araşdırma aparılıb və müraciətdə göstərilən xüsusatlar öz təsdiqini tapmadığından 04 iyul 2020-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilib. Həmin qərar barədə Kamal Kamilov məlumatlandırılmaqla ona qərardan şikayət vermək hüquqları izah edilib.

Bununla yanaşı qeyd edilir ki, Kamil Kamilovun oğlu İsmət Kamilovun təqsirləndirildiyi cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və məhkəmə tərəfindən ittiham hökmü çıxarılıb”, – Mətbuat xidmətindən bildirilib.

www.yenicag.az

381
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv