Prokuroru ildırım vurub öldürdü – 3 gün sonra toyu idi

27 yaşlı gənc prokuror ildırım vurması nəticəsində ölüb.

Yenicag.az xəbər verir ki, hadisə Türkiyənin Karabük şəhərində baş verib.

27 yaşlı İbrahim Yıldız tarlada ailəsinə yardım edərkən ildırım vurması nəticəsində dünyasını dəyişib.

İldırım düşməsi nəticəsində daha 3 nəfər yaralanıb. Onlar dərhal xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, 27 yaşlı prokurorun avqustun 5-də toyu olacaqdı.

COP29