Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə baş tutan prosesdə prokuror müğənni Fədayə Laçının 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Yenicag.az-a açıqlama verən sənətçinin vəkili Türkel Süleymanlının məsələyə münasibəti belə olub:
“Bu həftənin çərşənbə günü məhkəmə prosesi keçiriləcək. Biz də sözümüzü deyəcəyik. Hələ ki, bu barədə qabaqcadan heç bir informasiya verə bilmərəm”.
Vəkil Fədayə Laçının səhhəti barədə də danışıb:
“Fədayə xanımın səhhəti normaldır”.
Cəvahir