Gürcüstanın Poti şəhərinin prokuroru Aleksandr Qoquadzenin “Hundai” markalı avtomobilinə 4 dəfə atəş açılıb.
Atəş açılan zaman avtomobili prokurorun özü idarə edirmiş.
Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobilin sürücü tərəfdəki pəncərəsinin şüşəsi sınıb.
Atəş açan şəxs hadisə yerindən qaçıb.