Proqnozlaşdırılan qlobal RİSKLƏR: Bazarlar tənəzzüldən narahatdır

ABŞ-də tənəzzüllə bağlı narahatlıqlar güclənməkdə davam edir.

Yenicag.az xəbər verir ki, analitiklər ABŞ iqtisadiyyatının gələn il tənəzzül ehtimalının 40 faizə yaxınlaşacağını proqnozlaşdırırlar. Belə ki, ABŞ və Çin arasında tariflərin qaldırılması addımı bazarlarda müsbət qarşılansa da, müəyyən olunan tariflərin qida, yanacaq və yaşayış sektorlaruna fayda verməyəcəyi hesab olunur. Eyni zamanda Avropada artan tənəzzül narahatlıqları enerji təchizatında problemlər yaratmaqla yanaşı, siyasi proseslərdə də risk faktoruna mənfi təsir göstərir.

Digər tərəfdən, Çində “COVID-19″a yoluxma hallarının sayının yenidən artması isə Çinin maliyyə mərkəzi olan Şanxaya ciddi şəkildə təsir edib. Bu fonda ölkənin yenidən “COVID-19” siyasətinə qayıdacağı narahatlıq doğurub.

Gülşən Şərif