“Prosesə mane olmaq istəyən ermənilərlə onların dilində danışmaq vacibdir” – ŞƏRH

“Dünya bir daha şahid oldu ki, ermənilər nə qədər vəhşi bir toplumdur”.

Bu sözləri son günlər ermənilərin Qarabağda törətdikləri vəhşilikləri analiz edən Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov Yenicag.az-a açıqlamasında deyib.

O bildirib ki, Ermənistan düşmənçilik siyasətini kənara qoymalı və bunu real addımlarla sübut etməlidir:

“Ermənilər 30 il ərzində Azərbaycanın işğal etdiyi torpaqlarında öz xislətini ortaya qoymuşdular. 44 günlük müharibədə əldə olunan qələbədən sonra bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdıq ki, kimin vandal və barbar olduğunu görsünlər. Çünki ermənilər özləri haqqında çoxlu miflər yaratmışdılar. Bu miflərdən biri də ermənilərin ən mədəni və ən qədim sivilizasiyaya malik bir xalq olması ilə bağlı idi. Guya ermənilər tikən, quran, yaradan, sülhə və sabitliyə tərəfdar olan xalqdır. Lakin Azərbaycan tərəfi qələbədən sonra işğaldan azad olunmuş ərazilərdə erməni vəhşiliklərinin nümunələrini dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Bu proses indi də davam etməkdədir. Dünya bir daha şahid oldu ki, ermənilər nə qədər vəhşi bir toplumdur. Ermənilər dünyada mövcud olan sülhə və sabitliyə layiq deyillər. Yəni o səviyyəyə gəlib çatmayıblar.

Bu gün ermənilər təkcə Laçın ərazisində deyil, ümumilikdə Azərbaycanın 20 faiz ərazisinin bütün yaşayış məntəqələrində, şəhər və kəndlərində, qəsəbələrində öz vəhşiliklərini nümayiş etdiriblər. Eyni ssenari sonuncu dəfə Zabux və Sus kəndlərində həyata keçirilib. Bu onu göstərir ki, Azərbaycan gələcəkdə regionda Ermənistanla normal qonşuluq münasibəti prinsipini ortaya qoysa da, ermənilər bu vəziyyətə hazır deyillər. Onlar hələ də öz vəhşiliklərinə davam edirlər. Bu proseslərdən sonra Azərbaycanın yeganə çıxış yolu ən sonuncu erməninin də ərazilərimizdən çıxarılmasıdır. Azərbaycan regionda sülhün və sabitliyin təmin olunmasını həyata keçirmək istəyir. Ona görə də regionun ayrı-ayrı xalqları ölkəmizə dəstək olmalıdır. Bu prosesə mane olmaq istəyən ermənilərlə isə onların dilində danışmaq vacibdir”.

Gülşən Şərif