!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Prosesin həlli üçün neytral mövqe sərgiləyən beynəlxalq aktorlara ehtiyac var" - ŞƏRH

!Reklam – Yazi

“Prosesin həlli üçün mümkün qədər neytral mövqe sərgiləyən beynəlxalq aktorlara ehtiyac var. Bu aktorlardan biri də artıq dünyada əhəmiyyətli söz sahibinə çevrilən Türkiyədir”.

Bunu Ukrayna məsələsində beynəxalq güclərin rolunu dəyərləndirən Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Xəyal Bəşirov Yenicag.az-a açıqlamasında deyib.Xəyal Bəşirov qeyd edib ki, Rusiya bu həssas məsələdə Qərbə heç bir kompromisə getmək niyyətində deyil, lakin Qərbdən savayı digər aktorlar kimi Türkiyənin və başqa dövlətlərin roluna da diqqət etmək lazımdır:

“Ukrayna böhranı hazırda çox təhlükəli və həssas bir nöqtəyə gəlib. Lakin ABŞ və NATO-nun Rusiya ilə Ukraynaya görə müharibəyə girəcəyi mümkünsüzdür. Çünki hazırda demoqrafik və ailə problemi yaşayan Avropa ölkələri İkinci Dünya Müharibəsindən yaxşı dərs alıblar. İnsanlarının ən məhsuldar təbəqəsi olan gənclərinin böyük hissəsini faşizmlə müharibədə itirən Avropa bu gün də onun acı nəticələrini yaşamaqdadır. Yarandığı gündən bu günə qədər heç bir aktiv müharibəyə qoşulmayan NATO-nun bundan sonra da, xüsusilə də Rusiya kimi hərbi nəhənglə müharibəyə girməsi real görünmür. Gənclərini və mülki əhalisini yenidən qırğına verməyi, ərazilərinin müharibə meydanına çevrilməsini ağlının ucundan keçirməyən Avropa hələ ki, onun bazarlarında xüsusi əhəmiyyətli çəkisi olan Rusiya qazı ilə bağlı amili də gözdən qaçırmır”.

Siyasi şərhçiyə görə, böhranın hazırkı mərhələdə köklü həlli mümkün olmasa da, mümkün qədər yumşaldılması və həlli istiqamətində yönləndirilməsinə ABŞ-nin nail olacağı da real görünmür:

“ABŞ kənardan problemin həllinə çalışmaq əvəzinə, artıq çoxdan bütün maraqlarını açıq şəkildə bəyan etməklə özünü münaqişənin qütbü edib. Bu prosesin həlli üçün mümkün qədər neytral mövqe sərgiləyən beynəlxalq aktorlara ehtiyac var. Bu aktorlardan biri də artıq dünyada əhəmiyyətli söz sahibinə çevrilən Türkiyədir. Türkiyə regionda və yaxın ətrafda sülhün və təhlükəsizliyin qorunması üçün özünün təşəbbüsü ilə Rusiya və Ukrayna arasında gərginliyin azaldılmasına və mümkün qədər qarşıdurmanın qarşısının alınmasına çalışır. Ancaq görünən odur ki, ABŞ və onun bir sıra tərəfdarları prosesə fərqli yanaşma sərgiləyirlər. ABŞ Prezidenti Cozef Bayden Ukrayna böhranı ilə bağlı onlayn görüşə Avropa Komissiyasının, Avropa İttifaqı Şurasının, NATO-nun rəhbərlərini və Böyük Britaniya, Fransa, Almaniya, İtaliya və Polşa liderlərini dəvət etsə də, “Demokratiya zirvəsi”ndə olduğu kimi Türkiyəni dəvət etmədi. Bu addım isə ABŞ-nin belə əhəmiyyətli məsələlərdə ya Türkiyəyə etibar etmədiyindən və ya aralarında ciddi fikir ayrılığının olmasından xəbər verir”.

Gülşən Şərif

www.yenicag.az

538
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv