!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Proseslərin Qarabağa YANSIMASI: "Azərbaycan ordusu vəzifəsini yerinə yetirmək üçün hazırlaşır" - Sabiq dövlət müşaviri

!Reklam – Yazi

“Qərb Qarabağ probleminin həll olunması, sülhün əldə olunması üçün prosesə qatılsa da, onların addımları təsirli deyil”.

Bunu Ermənistanın Baş naziri Paşinyanın Azərbaycanı humanitar yardım etməməklə suçlamasına və digər əsassız iddialarının səbəblərinə toxunan sabiq dövlət müşaviri Qabil Hüseynli Yenicag.az-a açıqlamasında deyib.

Qabil Hüseynli bildirib ki, istər Paşinyanın səsləndirdikləri, istərsə də Ermənistanda baş verənlər Kremldə hazırlanmış planlardır:

“Moskvada hazırlanmış planların icrasını Ermənistanın siyasi rəhbərliyi və müxalifəti həyata keçirir. Onlar hər vasitə ilə danışıqlar prosesində əldə edilmiş irəliləmələrin üstündən xətt çəkməyi və danışıqlar prosesini yenidən başlatmağı, Dağlıq Qarabağın statusunu yenidən gündəmə gətirmək istəyirlər. Bu, təhlükəli prosesdir və Rusiyanın diqtəsi ilə həyata keçirilir. Ona görə də özlərini təkəbbürlü aparırlar. Müxalifət düşərgəsi isə müharibə ilə hədələyir.

Hazırda vəziyyət gərgindir. Rusiyanın diqtəsi altında hərəkət edilir. Qərb ölkələri prosesə qatılsalar da, bu, təsirli deyil. Ona görə də gərginlik qalmaqdadır. Azərbaycan ordusu da öz vəzifəsini yerinə yetirmək üçün hazırlaşır. Yaxın vaxtlarda atılacaq addımların hamısı yeniliklər olacaq”.

Səxavət Məmməd

www.yenicag.az

971
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv