Prosineçki Almeydanı toplanışa dəvət etdi

Prosineçki Almeyda toplanışa dəvət etdi “Qarabağ”ın üzvü Riçard Almeyda Azərbaycan milli komandasının məşqində iştirak etdikdən sonra millinin düşərgəsindən ayrılıb.

Yeniçağ.Az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, braziliyalı yarımmüdafiəçinin yığmaya çağırılmasında məqsəd milli ab-havasını hiss etmək, adaptasiya prosesinə başlamaqdan ibarət olub. O, baş məşqçi Robert Prosineçki tərəfindən toplanışa dəvət olunmuşdu. Riçard Almeydanın Azərbaycan milli komandasının heyətində rəsmi oyunlarda iştirak etməsi ilə bağlı FİFA-nın qərarının növbəti aylarda açıqlanması gözlənilir.

 

Yeniçağ.Az