Türkiyənin “Bursaspor” klubu millimizin baş məşqçisi Robert Prosineçkinin xidmətində israrlıdır.
Yeniçağ.Az xəbər verir ki, bu iddia ilə qardaş ölkənin “NTV Spor” telekanalında yayımlanan “Kırmızı Çizgi” verilişinin şərhçisi Mehmet Ayan çıxış edib. O, artıq xorvatiyalı çalışdırıcının “timsahlar”la anlaşdığını bildirib: “Prosineçki növbəti mövsüm “Bursaspor”u çalışdıracaq. O, illik 1,1 milyon avro maaş alacaq”.
Ancaq maraqlıdır ki, Prosineçkinin meneceri Yaşar Çalışar məlumatı təkzib edib.
Yeniçağ.Az