!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Prosineçki futbolumuzdan danışdı

!Reklam – Yazi

84352Azərbaycan yığmasının baş məşqçisi postuna namizədlərdən olan Robert Prosineçki Topaz Premyer Liqasının XIV turu çərçivəsində keçirilən “Neftçi” – “Qəbələ” matçından sonra sualları cavablandırıb.

Sözügedən müsahibəni təqdim edirik.

– Bir neçə gündü ölkəmizdəsiniz. Çempionatda izlədiyiniz görüşlərlə bağlı nə deyə bilərsiniz?

– Baxdığım oyunların maraqlı keçdiyini deyə bilərəm. Amma dəyişdirilməsi vacib olan müəyyən problemlər var. Məsələn, elə epizodlar oldu ki, həm an futbolçular daha yaxşı oynaya bilərdilər.

– Azərbaycan çempionatında cəmi 9 komanda iştirak edir. Əslində, onların sayı 10 idi. Amma biri hakim səhvlərini əsas gətirərək, çempionatdan imtina etdi. Bu cür yanaşmaya münasibətiniz necədi?

– Azərbaycanda olduğum müddətdə “Xəzər Lənkəran” – “Neftçi”, “Bakı” – “İnter” və “Neftçi” – “Qəbələ” oyunlarını izləmişəm. Düzdü, 3 görüş azdı, amma oyunlar məni qane edir. Hakim səhvlərinə gəlincə, ciddi səhvlərə yol verdiklərini görməmişəm. Əlbəttə, xırda səhvlər var ki, bu da bütün çempionatlarda olur. Bu cür kiçik səhvlərdən qaçmaq mümkün deyil. Ümumi götürdükdə, hələlik gördüklərim normaldı.

– “Xəzər Lənkəran”ın heyətində Əfran İsmayılovu bəyəndiyinizi demişdiniz. Bəs bu gün izlədiyiniz oyunlarda diqqətinizi cəlb edən futbolçular oldumu?

– Əlbəttə, bəyəndiyim futbolçular var. Bu gün izlədiyim oyunlarda bəzilərini fərqləndirmək olar. Ancaq ad açıqlamaq istəmirəm, özüm üçün müəyyən qeydlər aparmışam.

– Xorvatiya mətbuatı Azərbaycan yığmasında ilinizə 1,5 milyon avro qazanacağınızı yazıb. Bu, nə dərəcədə realdı?

– Düzgün məlumat deyil. Burda olduğum müddətdə oyunları izləyirəm. Hələ danışıqlar davam edir.

– Sonuncu dünya çempionatının iştirakçısı olan Bosniya və Herseqovina millisini çalışdırmaq variantınız olub. Bəs onlarla niyə anlaşa bilmədiniz?

– Düzdü, onlarla danışıqlarımız olmuşdu. Amma bu proses elə danışıq səviyyəsində qalıb. Deməli, real deyilmiş. Gördüyünüz kimi, hazırda Azərbaycandayam və AFFA ilə danışıqlar aparıram.

– Planlarınızla bağlı açıqlama verə bilərsiniz?

– Yenə deyirəm, mənim təyinatım hələ reallaşmayıb. Müqavilə imzaladıqdan sonra açıqlama verə bilərəm. Hazırkı məqamda bu haqda danışmaq erkəndi.

(qafqazinfo.az)

www.yenicag.az

488
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv