Prosineçki istefa verdi – Millimizə qayıdır?

Bosniya və Herseqovina millisinin baş məşqçisi Robert Prosineçki istefa verib.

Yenicag.az “qol.az”a istinadən xəbər verir ki, bu barədə yerli federasiyanın rəsmi saytı məlumat yayıb. Yığmamızın sabiq baş məşqçisi 2018-ci ildən Bosniya və Herseqovina millisini çalışdırırdı.

Əlavə edək ki, Prosineçkinin yığmamızda həmyerlisi Nikola Yurçeviçi əvəzləyəcəyi haqda xəbərlər yayılıb. 50 yaşlı mütəxəssis 2014-2017-ci illərdə yığmamızın baş məşqçisi olub.

COP29