Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki müqaviləsinin sonuna kimi yığmamızdan ayrılmayacaq.
Yenicag.az xəbər verir ki, bunu açıqlamasında 48 yaşlı mütəxəssisin özü deyib.
Xorvatiyalı çalışdırıcı bu lin sonunadək AFFA ilə müqaviləsinin olduğunu xatırladıb:
“AFFA rəhbərliyi işimdən razıdır. Mən də onlara hörmətlə yanaşıram. Əfsuslar olsun ki, iki gün öncə evdə Şimali İrlandiyaya məğlub olduq. Yaxşı oynamağımız nəticəni dəyişdirmir. Çox şeyin yazıldığını bilirəm. Amma indi mənimlə bağlı heç bir dəyişiklik yoxdur. İndiki vəziyyətdə iş yerimi dəyişəcək bir səbəb görmürəm”.
Qeyd edək ki, Türkiyə mətbuatı Prosineçkinin artıq “Bursaspor”la 2 illik sözləşmə imzaladığını yazır.