Prosineçki millimizin start heyətini açıqladı

DÇ – 2018-in seçmə mərhələsində sabah Şimali İrlandiya yığması ilə qarşılaşacaq Azərbaycan millisinin start heyəti məlub olub.

Yenicag.az xəbər verir ki, komandanın baş məşqçisi Robert Prosineçki oyunöncəsi mətbuat konfransında ənənəsinə sadiq qalaraq, matç üçün start heyətini açıqlayıb.

Xorvatiyalı mütəxəssis sabahkı oyunda ilk dəqiqələrdən bu “11-liy”ə güvənəcək:
Kamran Ağayev – Maksim Medvedev, Bədavi Hüseynov, Rəşad Sadıqov, Pavel Paşayev – Qara Qarayev, Cavid Hüseynov, Riçard Almeyda – Əfran İsmayılov, Dmitri Nazarov, Ramil Şeydayev

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – Şimali irlandiya oyununun start fiti 20:00-da səslənəcək.

Emin

Yenicag.az