Azərbaycan millisi DÇ-2018-in seçmə mərhələsində sabah Çexiya yığmasını qəbul edəcək.
Yenicag.az xəbər verir ki, komandanın baş məşqçisi Robert Prosineçki ənənəsinə sadiq qalaraq oyunöncəsi mətbuat konfransında bu matç üçün start heyətini açıqlayıb.
Millimiz Çexiya ilə matça bu “11-lik”lə başlayacaq:
Kamran Ağayev – Məhəmməd Mirzbəyev, Bədavi Hüseynov, Rəşad Sadıqov, Pavel Paşayev – Rahid Əmirquliyev, Cavid Hüseynov, Riçard Almeyda – Əfran İsmayılov, Ruslan Qurbanov – Dmitri Nazarov.