Türkiyənin “Bursaspor” klubunun yeni baş məşqçisi müəyyənləşib.
Yenicag.az xəbər verir ki, “timsahlar” Pol Le Quenlə anlaşıblar.
Bu barədə məlumatı qardaş ölkə mətbuatı yayıb. 53 yaşlı mütəxəssisin qarşıdakı günlərdə rəsmi sözləşməyə imza atacağı bildirilir.
Qeyd edək ki, “Bursaspor” Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçkinin də xidmətində maraqlı idi. Lakin, xorvatiyalı çalışdırıcının yığmamızla ilin sonunadək sözləşməsinin qüvvədə olması keçidi əngəlləyib.
Xatırladaq ki, Pol Le Quen “Lion” PSJ kimi klubları çalışdırıb.