Prosineçkinin yeni iş yeri rəsmən açıqlandı

Futbol üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçkinin yeni iş yeri müəyyənləşib.

Yenicag.az xəbər verir ki, xorvatiyalı mütəxəssis Bosniya və Herseqovina yığması çalışdıracaq.

Bu barədə qərar ölkənin futbol federasiyasının İcraiyyə Komitəsinin bugünkü iclasında verilib.

O, fəaliyyətə bu ayın sonunda başlayacaq.