Heydər Əliyev prospektində baş verən qəza tıxaca səbəb olub.
Yenicag.az xəbər verir ki, bu barədə Bakı Naqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev məlumat yayıb.
Bildirib ki, yol nəqliyyat hadisəsi prospektin əsas yol – “Koroğlu” metrostansiyası istiqamətində, “Bağırov” körpüsünü keçəndən sonra qeydə alınıb. Bu səbəbdən yolda hər iki istiqamətdə sıxlıq yaranıb.