“Protein” qəbul edən 25 yaşlı qız öldü – FOTOLAR

Avstraliyalı 25 yaşlı Meeqan Heffordun yaşadığı evdən meyiti tapılıb.

Yenicag.az xəbər verir ki, onun ölümünə qəbul etdiyi “protein” vitamini səbəb olub.

Bodibildinq yarışlarına qatılan Hefford, bu vasitədən mütəmadi olaraq istifadə edirmiş. Məsələ burasındadır ki, onun bədəni “protein”i qəbul etməyib və nəticədə Meeqanın qanında amonyak və beynində maye yığılıb.

Yenicag.az