Protez dişi boğazında ilişib qalan ağsaqqal öldü

871991475482507Bakıda protez dişi boğazında ilişib qalan bir kişi hadisə nəticəsində dünyasını dəyişib.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Hadisə Sabunçu rayonunun Zabrat qəsəbəsində baş verib. 78 yaşlı Səfiyar Kərimov protez dişinin boğazında qalması nəticəsində ölüb.

Araşdırma aparılır.