Psixi pozğunluğu barmaq uzunluğuna görə müəyyən etmək olur – FOTO

Alimlər barmaq uzunluğu ilə psixi pozğunluqlar arasında əlaqə aşkar ediblər.

Yenicag.az xəbər verir ki, Kanada, İran, İsveçrə və Böyük Britaniyadan olan beynəlxalq alimlər qrupu şəhadət və üzük barmaqlarının uzunluğunun nisbəti ilə müəyyən psixopatoloji şəxsiyyət xüsusiyyətlərinin təzahürləri arasında əlaqə aşkar ediblər. Tədqiqat Journal of Psychiatric Research (JPR) elmi jurnalında dərc olunub.

Araşdırmada şəhadət barmağı qısa və üzük barmağı daha uzun olan insanların psixi pozğunluqlara daha çox meylli olduğu aşkar edilib.

Bu barmaq uzunluğu nisbəti aqressiv davranış, narahatlıq, həssaslıq, atletik qabiliyyət və manipulyasiya meylləri ilə də əlaqələndirilir.

Xuraman Etibarlı

COP29