Psixiatriya xəstəxanasında 29 yaşlı gənc özünə qəsd etdi

Respublika Psixiatriya Xəstəxanasında intihar olub.

Yenicag.az xəbər verir ki, xəstəxananın 16-cı korpusunda müalicə alan 1994-cü il təvəllüdlü Tərxan Mazanlı pəncərinin dəmir qəfəsliyindən yorğan üzü ilə özünü asaraq öldürüb.

Araşdırma aparılır.

İlkin məlumata görə, Tərxana Mazanlı son zamanlar çox darıxıb və evinə qayıtmaq istəyib.