!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Psixoloji savaşa nə qədər hazırıq? – “A-dan Z-yə Aqil Ələsgərlə” / VİDEO

!Reklam – Yazi

“A-dan Z-yə Aqil Ələsgərlə” ikinci sezonunda 23-cü buraxılışı ilə görüşünüzə gəlib.

COVID-19 pasportunun məcburi olub-olmaması, Ermənistan ilə sərhəddə yaşananlar kimi həftənin müzakirə edilən mövzularına Aqil Ələsgərin təqdimatında fərqli rakursdan baxa biləcəksiniz.

Qeyd edək ki, hər həftənin şənbə günü yayımlanan verilişdə müəllif dünyada və ölkəmizdə baş verən hadisələri, aktual mövzuları özünəməxsus tərzdə şərh edir.

*

Bütövə dəymə, yarımı paralama, özün üçün, ye-iç, kef elə. Əslində, Operativ Qərargahın COVID-19 pasportunun könüllü olduğunu deyib, sonrasında tələb etdikləri bu anlama gəlir.

*

Maska OUT! COVID-19 pasportu İNN!

Son dönəm lətifələrinin birində dostunun hələ də maska satdığına dair sualına Avramın cavabı belə olur:

– Yox əşi. Maska köhnə söhbətdir. İndi vaksin düzəldib satırıq.

Bəli, artıq maska biznesi enişə doğru getməkdədir. Maska taxanlarla bərabər maskanın taxılıb-taxılmadığına nəzarət edənlər də yorulublar. Bir şeyi gün ərzində nə qədər qaldırıb-endirmək olar, burun üstünə, burun altına?!

Onun üçün dünyada yeni çörək ağacının adı COVID-19 pasportudur…

*

Ancaq Azərbaycanda…

Bizim dərdimiz isə açıb-ağardılası deyil. Koronavirusa yoluxan sayı ölkə əhalisinin cəmi üç-dörd faizini təşkil edir. Vaksin pasportu haqqı qazananların sayı da birinci ilə ikinci dozalarla birlikdə saysaq, 25 faizi keçmir. O zaman hansı haqla müəssisələrdən ən az 80 faizlik nəticə tələb olunur? Əgər tələb konkret məcburi vaksinasiya olunan sahələrlə bağlıdırsa, bu başqa məsələ, ancaq ölkə əhalisinin 20-25 faizi belə sertifikat almayıbsa, bu sadəcə, maska biznesində yaranacaq kəsirin yerinin sertifikat biznesi ilə doldurulmasından başqa bir şey deyil.

Ayrıca, hər addım atdığımızda, sertifikat istəniləcək, şəxsiyyət vəsiqəsi kimi üstümüzdən ayırmayacağıqsa, burada könüllülük sağ, yoxsa sol qola vurdurmaqdan ibarətdir?!

*
Psixoloji savaşa nə qədər hazırıq?

Azərbaycan psixoloji savaşdadır. Cəbhədə gərginlik bundan sonra da olacaq. Nə erməni, nə rus, nə fars, hətta fransız, gürcü belə zəfərimizi asanlıqla həzm edə bilir. O baxımdan sərhədlərimizdə təxribatların olacağı gözlənilən idi və bundan sonra da olacaq. Eyni zamanda ölkə ərazisində xeyli sayda Arayikin başçılığı altında terrorçular da mövcuddur ki, bu da Azərbaycanın hər an anti-terror əməliyyatına hazır olmasını tələb edir. Bütün bu yaşananlar zəfər sərxoşu olmadan, xüsusilə əsgərin, zabitin maaşına əl uzatmadan öncə yeni dönəmə hazırlığı tamamlamağı tələb edir. Savaş bitər-bitməz zabitin maaşını kəsməzdən əvvəl buna qafa işlətmək lazım idi, daha canını-qanını bu yolda qoyanları küsdürmək deyil, cənab generalitet!

Bu arada, Paşinyan skoçlanmış əsgərlərinin əsir alınmayıb, bizimkilərə qoşulub qaçdığını deyib. Öz əsgərlərini yaxşı tanısa da, bizi hələ tanımadığını necə də bəlli edir düdük…

*

Ajda Pekkanın içdiyindən süz…

Məncə, hər kəsə Ajda Pekkanda olan inamdan lazımdır.

Biz qırxa çatmadan az qala dünyadan əlimizi-ayağımızı kəsmiş, sabah başımıza nə gələ bilər deyə, düşünərkən, 72 yaşlı Ajda Pekkan bir musiqi şirkətilə 20 illik muqavilə imzalamağa hazırlaşır.

Toylar başlasaydı, ofisiant qardaşlara “Bizə də Ajdanın içdiyindən süz” deyərdik…

www.yenicag.az

913
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv