Psixoloqdan deputata +18 cavab: “Xoşbəxtlik yataqdan keçir”

“Əgər bu alınmırsa, onda elə hər mənada əliniz cibinizdə olsun”.

Yenicag.az xəbər verir ki, bu sözləri “ev işlərinə görə kişilər qadınlara əmək haqqı verməlidilər” arqumenti ilə çıxış edən deputat Musa Quliyevə cavab verən psixoloq Əfsanə Rüstəmova deyib.

Psixoloq qeyd edib ki, kişinin ev işinə görə qadına maaş verməsi düzgün yanaşma deyil. Çünki ailəni möhkəmləndirən daha ciddi məsələlər var:

“İxtisasımdan qaynaqlı deyə bilərəm ki, kişilər qadınlara ev işlərinə görə ödəniş etməsə də, olar. Onları xoşbəxt etdikləri müddətcə əlavə ödənişə gərək yoxdur. Tibb sübut edir ki, xoşbəxtlik yataqdan keçir. Uğurlu intim münasibət partnyorlar üçün ən böyük qazancdır. Əgər bu alınmırsa, onda elə hər mənada əliniz cibinizdə olsun. Qadının ruhunu hiss etməyib vəhşi kimi sadəcə öz “rahatlığı üçün təcavüz edən” kişi bütün həyatını belə xərcləsə azdır, nəinki pulunu…”.