!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Psixotrop maddələrin satışı ilə məşğul olan şəxslər saxlanıldılar - VİDEO

!Reklam – Yazi

Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatları əsasında Hökməli qəsəbəsində həyata keçirdikləri tədbirlər nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olan şəxslər saxıanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, əməliyyat zamanı həmin qəsəbədə yaşayan Ramin Qasımov və əvvəllər çəhkum olunmuş Rəfayel Şükürov tutularaq istintaqa təqdim ediliblər. Ramin Qasımovun üzərində şəxsi axtarış aparılan zaman ondan 11 qram heroin və 13 qram psixotrop maddə olan metamfetamin, Rəfayel Şükürovdan isə 2 qram heroin və 43 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb. Hər iki şəxs ifadələrində Hökməli qəsəbəsi və ətraf ərazilərdə narkotik vasitələrin satışı ilə məşğul olduqlarını etiraf ediblər.

Faktlarla bağlı Qobu Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Saxlanılan şəxsin ətrafında əməliyyat- istintaq tədbirləri davam etdirilir.

www.yenicag.az

497
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv