PSJ “Barselona”nın hücumçusu Usman Dembeleni transfer edib.
Yenicag.az xəbər verir ki, bu barədə Fransa klubunun rəsmi saytı məlumat yayıb. Paris təmsilçisi 26 yaşlı vingerlə beş illik müqavilə imzalayıb.
Bu keçid fransızlara 50 milyon avroya başa gəlib. Dembele yeni komandasında 23 nömrəli formanı geyinəcək.
Fransalı oyunçu 2017-ci ildə “Borussiya Dortmund”dan 105 milyon avroya “Barselona”ya keçib. O, 2022/2023 mövsümündə Kataloniya klubunun heyətində bütün turnirlərdə 35 oyun keçirib, səkkiz qol və doqquz məhsuldar ötürmə ilə yadda qalıb.