PSJ-də Neymar şoku

Fransanın PSJ klubu ciddi itki ilə üzləşib.

Yenicag.az xəbər verir ki, Paris təmsilçisinin ulduz futbolçusu Neymar sıradan çıxıb.

Braziliyalı Fransa çempionatının son turunda keçirilən “Bordo” ilə oyunun 57-ci dəqiqəsində zədələnib və bu səbəbdən oyunu davam etdirə bilməyib.

Qeyd edək ki, 2:2 hesabı ilə başa çatan “Bordo” – PSJ matçında ilk qolu 34-cü dəqiqədə Neymar vurub.

COP29