PSJ-də yeni baş məşqçi – RƏSMİ

Fransanın PSJ klubunun yeni baş məşqçisi müəyyənləşib.

Yenicag.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Tomas Tuxel Paris təmsilçisinin yeni baş məşqçisi olub.

45 yaşlı mütəxəssis paytaxt klubu ilə 2 illik müqavilə imzalayıb. Almaniyalı məşqçi bu postda ispaniyalı Unay Emerini əvəzləyib.

Qeyd edək ki, Tuxel daha öncə Almaniyanın “Maynts” və “Borussiya” (Dortmund) klublarını çalışdırıb.