PSJ-dən 40 milyonluq transfer

Fransanın PSJ klubu növbəti transferini rəsmiləşdirib.

Yenicag.az xəbər verir ki, Paris təmsilçisi Rusiyanın “Zenit” klubundan Leandro Paredesi heyətinə qatıb.

24 yaşlı yarımmüdafiəçi üçün 40 milyon avro transfer haqqı ödənilib. Futbolçu ilə 4,5 illik sözləşmə imzalanıb.

Qeyd edək ki, Paredes bu mövsüm 22 matçda 4 qol vurub, 5 məhsuldar ötürmə ilə yadda qalıb.