Fransa çempionatında 2018/2019 mövsümünün qalibi müəyyənləşib.
Yenicag.az xəbər verir ki, PSJ sona 5 tur qalmış çempionluğunu rəsmiləşdirib.
Paris təmsilçisi bunu ən yaxın izləyicisi “Lill”i 19 xal qabaqlamaqla reallaşdırıb.
Qeyd edək ki, bu, PSJ-nin son 7 ildə 6-cı, ümumilikdə isə 8-ci çempionluğudur. Parislilər bu göstəricidə yalnız “Marsel” (9) və “Sent-Etyen”dən (10) geri qalır.