PSJ Mbappeyə bir milyard avroluq müqavilə təklif edir

Fransanın PSJ klubu futbolçusu Kilian Mbappeni komandada saxlamaq istəyir.

Yenicag.az “Central Defense” nəşrinə istinadən xəbər verir ki, Paris təmsilçisinin rəhbərliyi 25 yaşlı hücumçuya 1 milyard avro qazana biləcəyi 10 illik müqavilə təklif etməyə hazırdır.

Forvardın hansı cavabı verəcəyi hələlik məlum deyil.

Qeyd edək ki, Kilian Mbappe 2017-ci ildən PSJ-də çıxış edir.