!Reklam

Bərdə rayonunun Cəyilri kəndində ikimərtəbəli ev yanıb. Trend-in məlumatına görə, ümumi sahəsi 364 kv. m olan ikimərtəbəli 8 otaqlı evin 3 otağının və dam örtüyünün yanar konstruksiyaları 96 kv. m sahədə, ev əşyaları qismən yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.