!Reklam

Ən sərfəli mobil operator olması ilə yanaşı, sosial layihələrə də xüsusi diqqəti ilə seçilən “Nar” artıq dörd mövsümdür ki, böyük maraqla davam edən və 300-ə yaxın komandanın iştirak etdiyi Kudos intellektual-əyləncəli quiz oyunlarına dəstəyini davam etdirir. Son iki mövsümdə “Nar” bu oyunlarda qalib gələn komandaları dəyərli hədiyyələrlə mükafatlandıraraq, intellektual fəaliyyətin təşviqinə öz töhfəsini verir.

Sizə ən yaxın operator olan “Nar” hər yeni tədris ilində ünsiyyəti daha rahat etmək üçün şagird və tələbələrə ən sərfəli tariflərini təklif edir. Qarşıdan gələn yeni dərs ilində də “Nar” bol ünsiyyət imkanı verən “CavanNar 10” tarifini tövsiyə edir. Bu tarifi istifadə edən gənclər ümumilikdə 11 GB həcmində internet paketini və tarifdaxili 550 danışıq dəqiqəsini ayda cəmi 10 AZN-ə əldə edir.