Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
Bu gün Zəngilan rayonundakı Konqres Mərkəzində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Azərbaycan Milli QHT Forumunun birgə təşkilatçılığı ilə “Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu” işə başlayıb. Forumda ilk öncə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla ehtiramla yad olunub. Daha sonra Dövlət Himni səsləndirilib. Zəngilanda quruculuq və abadlıq işlərinə dair videoçarx nümayiş olunub.
Azərbaycanın Qarabağ bölgəsinin və digər suveren ərazilərinin Ermənistanın hərbi təcavüzü nəticəsində işğal olunduqdan sonra yaradılmış qondarma qurumun separatçı rəhbərlərin barəsində olan cinayət işləri yaxın vaxtlarda məhkəməyə göndəriləcək.
“30 ilə yaxın Ermənistan Rusiyanın Cənubi Qafqaz forpostu rolunu oynayıb və Rusiyanın müttəfiqi kimi İrəvan daim Moskvaya arxalanıb və güvənib. Bu istiqamətdə də Ermənistan iqtisadiyyatının böyük hissəsi, habelə bu ölkənin nəqliyyat kommunikasiyalarının əksəriyyəti Rusiyaya məxsus olub. Eləcə də Rusiyanın Gümrüdə uzun illərdir ki, 102 nömrəli hərbi bazası var, hətta Ermənistanın sərhədlərini belə Rusiya hərbçiləri qoruyur”.