!Reklam

Azərbaycanın ən böyük və gözlənilən gənclər festivalı "Yay Fest" uğurla davam edir. Bu il də daha fərqli və daha əyləncəli formatda yenidən başlayan festivalın 2-ci düşərgəsi artıq öz işinə başlayıb. Çadır tipli düşərgə formatında keçirilən bu möhtəşəm tədbir Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, "IDEA" İctimai Birliyi, COP29 Sədrliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Könüllü Təşkilatları İttifaqı, "CAVAN" Gənclər Hərəkatı İctimai Birliyi və "Gənc Könüllülər" İctimai Birliyinin birgə təşkilatçılığı ilə Şamaxıda baş tutur.

“Yaşıl dünya naminə həmrəylik ili” və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Gənc arıçı” layihəsi Qəbələ rayonunda uğurla davam edir.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin donorluğu və "Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyinin təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasında "Müharibə iştirakçıları üçün biznes təlimləri" layihəsi çərçivəsində sonuncu təlim baş tutub.