“Fotojurnalistikaya dəstək proqramı” – Milli Mətbuatımızın 150 illiyinə həsr olunan təlimlər başlayır
Bu il Azərbaycan Milli Mətbuatının yaranmasının 150 illiyidir. Bu münasibətlə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Bakı Dövlət Universitetinin Jurnalistika Fakultəsi, Azərbaycan Mətbuat Şurası və “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyi birgə ilin ilk tədbirini keçirəcək.