Ermənistan siyasətində MƏNTİQSİZLİK: "Ermənilərin Avropa İttifaqına üzvlüklə bağlı müraciəti çox gülünc görünür"
“Ermənistanın siyasətində son zamanlar baş verən hadisələri məntiqlə izah etmək mümkün deyil. Bunun üçün onların məntiqindən çıxış etməlisən. Onların məntiqi tavtologiya olsa da, daha çox məntiqsizliyə əsaslanır. Çünki ermənilər gah nala, gah da mıxa vururlar”.