!Reklam

Son illərdə dünya arxeologiya aləminə səs salan möhtəşəm kəşfləri ilə diqqət çəkən Türkiyə, il boyu davam edən qazıntılar vasitəsilə minilliklər əvvələ aid həyat izlərini üzə çıxarmaqda davam edir. Ölkədə arxeoloji tədqiqatların sayı 2023-cü ildə ilk dəfə 720-yə çatmışdısa, 2024-cü ildə bu rəqəm artıq 765-ə yüksəlib. 2026-cı ilə qədər isə bu göstəricinin 800-ə çatdırılması planlaşdırılır.