Baş Prokuror Avropa Şurasının səfirləri ilə görüşdü
İyunun 16-da Baş Prokuror Kamran Əliyev ölkəmizdə işgüzar səfərdə olan Avropa Şurası (AŞ) Nümayəndələr Komitəsinin Demokratiya üzrə məruzəçilər qrupunun üzvü olan Türkiyə, İsveç, Estoniya və Finlandiyanın Avropa Şurası yanında daimi nümayəndəliklərinin rəhbərlərindən ibarət nümayəndə heyəti ilə görüşüb.