!Reklam

Azərbaycanda quru sərhədlərinin açılmasına dair müzakirələr davam edir. Yay mövsümündə sərhədlərin açılmasının turizm baxımından vacib olduğu bildirilsə də, rəsmi qurumlar quru yolu ilə gediş-gəlişin bərpasına tələsmirlər. Qonşu ölkələrdə koronavirusa yoluxma hallarının azalmasına baxmayaraq, Azərbaycanın quru sərhədlərini açmamasının səbəbləri maraq doğurur.