!Reklam

Beyləqan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotik vasitə və soyuq silah saxlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Kənan Mirzəli saxlanılarkən o, tabesizlik göstərərək qaçmağa cəhd edib. Bu zaman polis əməkdaşı tabel silahından havaya 1 dəfə atəş açmış və görülmüş tədbirlərlə o, saxlanılıb.