!Reklam

Azərbaycan Dövlət Pedaqoji Universitetində Kitabxana-İnformasiya Mərkəzinin təşkilatçılığıyla 14 fevral - Beynəlxalq Kitab Bağışlama Günü ilə bağlı tədbir keçirilib. Tədbirdə ali təhsil ocağının rəhbərliyi, müəllim və tələbə heyəti, Bakı şəhəri Nəsimi rayonu general-leytenant Kərim Kərimov adına 8 nömrəli tam orta məktəbin pedaqoji kollektivi və şagirdləri iştirak edib.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı, Azərbaycan Dövlət Uşaq Filarmoniyası və Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin dəstəyi ilə cari ilin 11 fevral tarixində “Sənətkarın dostu” layihəsi çərçivəsində Azərbaycan Dövlət Rəqs Ansamblının bədii rəhbəri, Azərbaycan Respublikasının Xalq artisti, xoreoqraf Rüfət Xəlilzadə ilə görüş keçirilib.