Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
Azərbaycanda “ƏDV geri al” layihəsinin tətbiq edildiyi vaxtdan bu il aprelin 1-nə qədər istehlakçılara 536 252 529 kassa çeki üzrə 213,9 milyon manatdan çox, təkcə bu ilin yanvar-mart aylarında isə 107 998 512 çek üzrə 42 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb.
Fövqəladə Hallar Nazirliyi (FHN) Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən "Azərsun Sənaye Parkı”nın ərazisində baş vermiş yanğınla bağlı hadisə yerindən videogörüntülər yayıb.
Bakı şəhərinin müxtəlif ərazilərində qeyri-qanuni avtovağzal xidməti göstərilən yerlərin müəyyənləşdirilməsi və onların fəaliyyətinin dayandırılması üçün aidiyyəti üzrə müraciət olunması nəzərdə tutulur.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Daxili İşlər Nazirliyinin və Rayon İcra Hakimiyyətinin əməkdaşları ilə birgə Gəncə şəhəri ərazisində fəaliyyət göstərən heyvan kəsimi və ət satışı yerlərində keçirilən reyd zamanı qanunsuz heyvan kəsiminin və ət satışının həyata keçirildiyi məntəqələr aşkar edilib.
Cari geosiyasi və geoiqtisadi vəziyyət, tədiyə balansının cari əməliyyatlar hesabının, fiskal büdcənin profisitliyini, inflyasiyanın artışını nəzərə alsaq, Mərkəzi Bankın hazırkı prioriteti sabit məzənnə rejimində davam etməkdir.