Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
Gəncə şəhər Nizami Rayon Məhkəməsində Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.
Təəssüf ki, son zamanlar paytaxt ərazisində tikintilər zamanı yaşıllıqların məhv edilməsinin şahidi oluruq. Belə ki, sahibkarlar tərəfindən tikinti işləri aparılarkən ağaclar kəsilir.
AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Elmi seminarında Ekocoğrafiya şöbəsinin müdiri, coğrafiya üzrə fəlsəfə doktoru Ənvər Əliyev “Sumqayıt şəhəri və ona bitişik ərazilərin ekoloji vəziyyətinə antropogen amillərin təsiri” mövzusunda məruzə ilə çıxış edib.
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə 28 mart – 7 aprel tarixlərində Bakı şəhəri və bölgələrdə gənclər arasında intihar və intihara cəhd hadisələrinə dair “İntihar seçim deyil” mövzusunda silsilə təlimlər keçirilib.
Baş Prokurorluq və Daxili İşlər Nazirliyi tərəfindən əvvəlki illərdən bağlı qalmış cinayətlərin açılması istiqamətində həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində daha bir cinayətin üstü açılıb.