Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən növbəti xüsusi əməliyyat zamanı ölkə ərazisinə külli miqdarda narkotik vasitələri qaçaqmalçılıq yolu ilə gətirilməsini və paylanılmasını həyata keçirən daha iki nəfər saxlanılıb.
Azərbaycanda ISO 22000:2018 beynəlxalq standartının yeni versiyası əsasında AZS ISO 22000:2022 “Qida təhlükəsizliyi idarəetmə sistemləri - Qida zəncirində iştirak edən bütün təşkilatlara tələblər” dövlət standartı qəbul edilib.
Müddətli əmək müqaviləsi ilə çalışan müəllimlərin daimiləşdirilməsi müsabiqəsinin müsahibə mərhələsinin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib.
Aprelin 12-də Azərbaycanın müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə səfərdə olan Türkiyənin Baş Qərargahının Kəşfiyyat rəisi korpus generalı Rafet Dalkıranın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.