!Reklam

Rusiya Müdafiə Nazirliyinin ölkəmizlə bağlı son iki bəyanatı onun göstəricisidir ki, şimal qonşumuzun xarici siyasətində müəyyən etdiyi prioritetlər dayanıqlı deyil, çox dəyişkəndir. Təəccüblənməyə dəyərmi? Dəyməz. Ukrayna məsələsində dünyanın böyük hissəsini öz üzərinə qaldıran Rusiyanın Müdafiə Nazirliyinin bəyanatları həm də o deməkdir ki, həmin qurumun açıqlaması dövlətin rəsmi mövqeyi və birinci şəxsinin imza atdığı bəyanatlarla ziddiyyət təşkil edir. Təəccüblənməyə dəyərmi? Dəyməz.

Ötən gün mart ayının əvvəllindən itkin düşən Bakı Dövlət Universitetinin Geologiya fakültəsinin tələbəsi İlkin Qənbərlinin meyiti tapılıb. Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, onun nəşi Bakı şəhəri, Səbail rayonu, Dənizkənarı Milli Parkın ərazisində dənizdə aşkar edilib. Meyiti tapılan tələbənin evdən qaçdığı, daha sonra özünü dənizə ataraq intihar etdiyi iddia olunur.