!Reklam

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) rəisi Anar Rzayevin "Van der Val İnterneşnəl Transport Bakı" şirkətinin sahibi olması barədə yayılan xəbərlərə tam aydınlıq gətirilib. Avtosfer.az şirkətin dövlət reyesterindən çıxarışını əldə edib. Sənəddən məlum olur ki, 1998-ci ildə Vergilər Nazirliyində qeydiyyata alınan şirkətin təsəsçisi Niderland Krallığının “Van Der Val Holdinq B.V” şirkətidir.